Main » 2013 » June » 25 » 26 iyun Silahlı Qüvvələr Günüdür
12:13
26 iyun Silahlı Qüvvələr Günüdür
Azərbaycan Silahlı Qüvvələri — təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Müasir silahlı qüvvələr Qarabağ münaqişəsi dövründə şəhər özünümüdafiə dəstələri əsasında meydana gəlib. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin milli ordusunun yaratmasına hüquqi əsas verib. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib. Müasir Azərbaycan ordusu 1993-cü ilin sonlarında yaradılıb. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib və hər il Azərbaycan xalqı bunu bayram edir.
Views: 7738 | Added by: alik | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: